“Köhnə sovet ənənələri ilə yaranmış Azərbaycan teatrı hələ də bunu saxlayır”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə "Mədəniyyət və Zaman" Maarifləndirmə İctimai Birliyinin sədri, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Azərbaycanın əməkdar artisti İntiqam Soltan deyib.
“Dövlət teatrlarının böyük əksəriyyəti köhnə ənənələrlə işləyir, dörd divar arasından çıxmağa qorxurlar. Halbuki bizim teatrımız meydanda yaranıb. Bizim tamaşaçımız meydan tamaşaçısıdır. Teatrlarla bağlı çox böyük şeylər danışmaq olar və onun ölməyi qeyri-mümkündür. Amma teatrın inkişafı ilə bağlı məsələlər maddiyata və təhsilə bağlıdır. Bizim təhsilimizi bir başa əlimizdən alıblar”, - deyə o bildirib.
Əməkdar artistin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz