HADİSƏ

Ölkədə daha bir yanğın hadisəsi baş verib, ölənlər var

Baş verən yanğında ölənlər var
Sputnik

BAKI, 7 mart — Sputnik. Xaçmaz rayonunun Yalama kəndində yanğın baş verib. Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları  yanıb.

Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.