BAKI, 7 mart — Sputnik. "Teatrlarda hansısa islahatların aparılmasından danışmaq çətindir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə aktyor Natiq Fərzəliyev deyib.
"Bu gün aktyorlarımız az maaş qarşılığında fədakarlıq edərək fəaliyyət göstərirlər. Bu fədakarlıq çox davam etmir. Bəzi teatrlarda aktyorlara mükafatlar təyin olunur. Ancaq burada da ədalət prinsipi pozulur və eyni şəxslər təkrarən mükafatlandırılır" - o bildirib.
N.Fərzəliyev əlavə edib ki, bu gün aktyorlar sosial problemlər məngənəsində sənət nümayiş etdirirlər: "Onların maaşlarının artırılması lazımdır. Ümumilikdə dövlət tərəfindən teatrlara davamlı qayğı göstərilir, teatr binaları yenilənir, pul ayrılır. Ancaq bunlar aktyorların maddi vəziyyətinə də təsir göstərməlidir".