SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın yeni təyin olunan səfiri artıq Bakıdadır

Amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq
Sputnik

BAKI, 7 mart — Sputnik. ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, səfir Earl Litzenberger bu vəzifəyə bu ilin yanvar ayında təyin edilib. Amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, ötən gün Dövlət Departamentində E.Litzenbergerin andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, E.Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart ayında başa vurub.