Hadisə “ZİL” markalı yük avtomobilinin qarşı yola çıxaraq Azərbaycandan Moskvaya sərnişin daşıyan “Mercedes” markalı mikroavtobusla toqquşması nəticəsində baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin verdiyi ilkin məlumata görə, qəza nəticəsində altı nəfər azərbaycanlı ölüb, üç nəfər isə ağır zədələrlə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi kimi "ZİL"in sürücüsünün yuxulu olması və qarşı hərəkət üçün nəzərdə tutulmuş yol zolaqları arasında maneənin qoyulmaması göstərilir.