Pentaqon Türkiyəni təhdid etdi

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Jozef Danford da bu haqda "Twitter" hesabında məlumat paylaşıb
Sputnik

BAKI, 6 mart — Sputnik. ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon Rusiyadan S-400 hava müdafiə sistemləri alan Türkiyəni sazişdən imtina etməməkdə təqsirləndirib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, nazirlik rəsmisi bunun ağır nəticələr yaradacağını bəyan edib.

Pentagon sözçüsü Erik Pahon verdiyi açıqlamada ABŞ-ın Rusiya'dan S-400 nüvə müdafiə sistemlərini satın almasının Vaşinqton ilə Ankara arasındakı iş birliyi üçün önəmli nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib. O müdafiə sistemi ilə bağlı ehtiyacların qarşılanması üçün Türkiyənin daha uyğun alternativlər tapmasına ehtiyac olduğunu bəyan edib.

"Türkiyənin daha uyğun alternativlər tapması üçün biz də yardımımızı əsirgəməyəcəyik. Lakin bununla birgə S-400 silahlarının alınmasının böyük nəticələr doğuracağını da vurğulayırıq"- deyə Erik Pahon əlavə edib.

Eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Jozef Danford da bu haqda "Twitter" hesabında məlumat paylaşıb.