Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində Azərbaycan qadının cəmiyyətə transformasiyası mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən hüquqşünas Könül Əsədova bildirib ki, son on ildə Azərbaycan qadının sosial rolu dəyişib:
“Azərbaycan qadını artıq bir çox sahələrdə sərbəst şəkildə fəaliyyətini davam etdirə bilir. Təəssüf ki, bəzi qadınlar cəmiyyətdə formalaşan mövqelərini, ailədə də göstərməyə çalışırlar. Qadın evdə özünü həyat yoldaşından üstün aparmağa çalşır. Bu, hüquqi cəhətdən də doğru deyil. Bölgələrimizdə isə hələ də zorakılığa məruz qalan, bununla yaşayan qadınlarımız var. Elə yerlər var ki, orada kişilər bir evdə bir neçə arvad saxlayır”.
Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz