HADİSƏ

Ölümlə nəticələnən yanğında xəsarət alanlar arasında yüksək rütbəli polis məmuru da var

Bakıda yataqxanada yanğın söndürülüb, ər və arvad tüstüdən boğularaq ölüb
Sputnik

BAKI, 6 mart - Sputnik. Bakının Nərimanov rayonundakı yanğın barədə yeni məlumatlar əldə olunub.

Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

Ümumilikdə hadisə nəticəsində 8 nəfər zərər çəkib. Onlardan ikisi dünyasını dəyişib. Qalan 6 nəfərdən 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.

Baş verən yanğında tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.

İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.