İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatının artım həcmi açıqlanıb

“Hər il 100 mindən artıq işçi qüvvəsi əmək bazarına daxil olur"
Sputnik

BAKI, 6 mart - Sputnik. Bakıda "İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum” işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov açıb. O, Dünya Bankının ölkəmizdəki rolundan danışıb.

Azərbaycan iqtisadiyyatının artım həcmi açıqlanıb

Ə.Əhmədov Dünya Bankının islahatlarına istinad edərək Azərbaycanda görülən islahatlardan söz açıb: “Bu gün Azərbaycan Dünya Bankı tərəfindən ən çox islahatçı ölkələrdən biri hesab edilir. Dünya Bankının hesablamalarına əsasən, Azərbaycan 2000-ci illərin əvvəllərindən iqtisadiyyatın 12 faizdən çox artımını nümayiş etdirir və sürətli inkişaf tempi göstərən dövlətlərdən biridir. Ötən ildə Azərbaycan iqtisadiyyatı 1,4% artıb. Qeyri-neft sənayesində isə 2%-dək artım olub. Kənd təsərrüfatında iqtisadi artım isə 3% olub”.

“Hər il 100 mindən artıq işçi qüvvəsi əmək bazarına daxil olur. Növbəti illərdə bu rəqəmin 120 minə çatacağı proqnoz edilir” - deyə Ə.Əhmədov əlavə edib.