RUSİYA

2018-ci ildə Rusiya əks kəşfiyyatı 600-ə yaxın xarici agenti ifşa edib

Xarici kəşfiyyat orqanları Rusiyada aktivliyi artırmaq, ölkədə proseslərə təsir etmək istəyirlər
Sputnik

BAKI, 6 mart — Sputnik. 2018-ci ildə Rusiya əks-kəşfiyyatı xarici xüsusi xidmət orqanlarının 129 kadr işçisinin və 465 agentini ifşa edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin Kollegiya iclasında çıxış edərkən bildirib.

Putin vurğulayıb ki, xarici kəşfiyyat orqanları Rusiyada aktivliyi artırmaq, ölkədə proseslərə təsir etmək istəyirlər: "Onlar bütün yollarla siyasi, iqtisadi, elmi və texniki xarakterli məlumatlar əldə etmək istəyirlər. Ona görə də işiniz effektiv, müasir metodlar üzərində qurulmalıdır. Xüsusi ilə bu Rusiyanın perspektiv silah sistemlərinin yaradılması, sınaqları və istehsalı, həmçinin aparıcı hərbi və ikili təyinata malik texnologiyalara dair məlumatlardan gedir ".