CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir"

Millət vəkili: "Elə insanlar var ki, onların işlərini görmək üçün yalnız bazar günü zamanı var"
Sputnik

BAKI, 5 mart - Sputnik. "Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir.

"Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanı var. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir" - deputat vurğulayıb.