BAKI, 5 mart — Sputnik. Türkiyənin Hərbi Hava Qüvvələri daxilində FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə bağlı növbəti əməliyyat keçirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı həbs olunanlar var.
Məlumata görə, aparılan əməliyyat zamanı 19-u vəzifəli olmaqla, 30-a yaxın hərbçi saxlanılıb. Həbs olunanlarla bağlı Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən araşdırma aparılır.