Trampdan Ərdoğana daha bir zərbə

Türkiyə  “Ümumi tənzimləmə Sistemi” proqramından çıxarılır
Sputnik

BAKI, 5 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp Türkiyəni bəzi məhsulların ABŞ-a gömrüksüz girişinə imkan verən “Ümumi tənzimləmə Sistemi” proqramından çıxarmaq istədiyini bəyan edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Donald Tramp buna səbəb olaraq Türkiyə iqtisadiyyatının inkişaf etməsini göstərib.

Prezident Trampın konqresə yolladığı məktub Ağ Ev tərəfindən də mediaya təqdim olunub.

Məktubda 1974-cü ildə “Ticarət Qanunu”nun 502-ci maddəsinə istinad edilir. “Türkiyənin iqtisadi durumu göz önündədir. Bu səbəbdən artıq Türkiyənin vergidən azad olunmasını nəzərdə tutan proqramdan çıxarılması üçün belə addım atmışam” – deyə Tramp məktubunda qeyd edib.