Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Tramp sanksiyaların vaxtını daha 1 il müddətinə uzatdı
Sputnik

BAKI, 5 mart - Sputnik. ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

İzahedici qeyddə bildirilir ki, Rusiyanın regiondakı hərəkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına fövqəladə dərəcədə təhlükə yaradır.