“Yerli istehsal hesabına bəzi məhsulların xaricdən idxalı azalıb”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev jurnalistlərə müsahibəsində deyib.
Zeynal Nağdəliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında xaricdən alınan məhsulların çəkisinin azaldılması ilə bağlı müvafiq işlər görülür: “Respublika ərazisində aqroparkların, iri kənd təsərrüfatı müəssisələrinin yaradılması da bu məqsədə xidmət edir. Xaricdən alınan məhsulların çəkisinin azaldılması yerli istehsal hesabına həyata keçirilməlidir. Yerli istehsal hesabına bəzi məhsulların xaricdən gətirilməsi nəzərəçarpacaq dərəcədə azalıb”.
Zeynal Nağdəliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz