HADİSƏ

Qonşu ölkədə partlayış baş verib, yaralılar var

Türkiyənin İstanbul şəhərində partlayış baş verib
Sputnik

BAKI, 5 mart — Sputnik. Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa adlanan ərazisində binanın qarşısında partlayış baş verib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu söylənilir.

İlkin olaraq yayılan məlumata görə, olay nəticəsində kağız yığımı ilə məşğul olan ana və qızı yaralanıb.

Məlumata görə, 57 yaşlı ana ilə 27 yaşlı qızı topladıqları vəsaitləri çeşidləyərkən pomidor souzu bankasından partlayış meydana gəlib.

Hadisə ilə bağlı polis tərəfindən araşdırmaya başlanılıb.