BAKI, 5 mart - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,31% azalaraq 1,9262 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0259 manat təşkil edib. 1 Gürcü larisi 0.6355, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3154 manatdır.
Qeyd edək ki, Mərkəzi Bankın dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000, avronun məzənnəsi 1,9321, Rusiya rublunun məzənnəsi isə 0,0259 manat təşkil edib. Bir gürcü larisi 0.6384, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3166 manat olub.