SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ölkədən kənarda oturub insanları silahlı basqına çağırırlar"

Siyavuş Novruzov: "Dövlət başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur"
Sputnik

BAKI, 5 mart - Sputnik. "Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı".

"Vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir: "Dövlət başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyətini də yüngülləşdirmiş olur".

Millət vəkili bildirib ki, Azərbaycan Prezdentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxırlar. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib".

"Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir" - Novruzov vurğulayıb.