HADİSƏ

Bakıda həbsxanada iki məhkum ölüb

1974-cü il təvəllüdlü Azad Sabir oğlu Şiriyev və 1971-ci il təvəllüdlü Samir Bağdasar oğlu İsayev xəstəlikdən dünyasını dəyişiblər
Sputnik

BAKI, 5 mart — Sputnik. Bakıda iki məhkum həbsdə ölüb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılanlar – 1974-cü il təvəllüdlü Azad Sabir oğlu Şiriyev və 1971-ci il təvəllüdlü Samir Bağdasar oğlu İsayev xəstəlikdən dünyasını dəyişiblər.