BAKI, 5 mart — Sputnik. Müsbət rəy verilmiş çoxmənzilli binaların istismarına icazə verilməsi qaydaları sadələşdirilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, "2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması" təsdiq edilib.