CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Od çərşənbəsini qeyd edir

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb
Sputnik

BAKI, 5 mart – Sputnik. Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.

Bakıda Novruz yarmarkaları fəaliyyətə başlayır

Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.

Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin — od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar.

Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.

Martın 12-də Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-dur.

Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.