SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı: "Qarabağda status-kvo davamlı deyil"

Əhalinin sülhə hazırlanması münaqişənin nizamlanmasında əhəmiyyətli addımdır və biz bunu dəstəkləməyə hazırıq
Sputnik

BAKI, 5 mart — Sputnik. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunu və onların təkliflərini dəstəkləyir. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə keçirilən görüşdə Avropa ittifaqı Komissiyasının sədri Donald Tusk bildirib.

"Mən Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda baş tutan təmaslarından ruhlanmışam və gərginliyin azalmasını alqışlayıram. Avropa İttifaqı hesab edir ki, status-kvo davamlı deyil, münaqişənin hərbi yolla həll yolu yoxdur və o beynəlxalq hüququn bütün normalarına uyğun olaraq tez bir zamanda siyasi yolla həll olunamlıdır. Əhalinin sülhə hazırlanması münaqişənin nizamlanmasında əhəmiyyətli addımdır və biz bunu dəstəkləməyə hazırıq", - deyə Tusk bildirib.