İQTİSADİYYAT

Trampdan "dolları zəiflədin" çağırışı

Mən də güclü dolları istəyirəm, ancaq ölkəmiz üçün güclü bir dollar istəyirəm
Sputnik

BAKI, 4 mart — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankına (FED) qarşı tənqidlərini yeniləyib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident FED-in sərt pul siyasətinin güclü dollara dəstək verdiyini və ABŞ-ın rəqabət gücünə zərər vurduğunu bildirib.

Tramp Şimali Koreya probleminin həllində Rusiya və Çinin rolundan danışdı

"FED-də çox güclü dolları sevən bir şəxs var. Mən də ölkəmiz üçün güclü bir dollar istəyirəm. Lakin bu, məqbul səviyyədə olmalıdır. Bizim ölkəmizin digər ölkələrlə rəqabət etməsini əngəlləyəcək qədər güclü bir dollar istəmirəm" - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bu ilin yanvarının sonunda ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 2,25-2,5 faiz dərəcəsində saxlayıb. İclasda faizin sabit saxlanılması qərarı yekdilliklə qəbul olunub.