Superdövlətdə fəlakət yaşanır, ölənlərin sayı artmaqdadır - VİDEO

Fəlakət nəticəsində 10 mindən çox mənzil elektrik enerjisiz qalıb
Sputnik

BAKI, 4 mart — Sputnik. Birləşmiş Ştatların Alabama ştatında güclü tornado baş verib. Sputnik Azərbaycan "Associated Press"-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 22 nəfər həyatını itirib.

Məlumatı dairənin şerifi Li Cey Cons təsdiqləyib. Onun sözlərinə görə, fəlakət nəticəsində ölənlərin sayı arta bilər. Qaranlığın düşməsi ilə bağlı xilasetmə işləri dayandırılıb. Fəlakət nəticəsində 10 mindən çox mənzil elektrik enerjisiz qalıb.