Pakistan və Hindistan arasında yeni gərginlik: Ağır silahlar işə düşdü

İki ölkə sərhədində intensiv qarşıdurma 3 saatdan çox davam edib
Sputnik

BAKI, 4 mart — Sputnik. Pakistan və Hindistan əsgərləri Kəşmir nəzarət məntəqəsində ağır silahlarla bir-birilərinə atəş açıblar.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, iki ölkə sərhədində intensiv qarşıdurma 3 saatdan çox davam edib. Hindistan tərəfi açıqlama verərək onlardan ölən və ya yaralananın olmadığını bildirib.

Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı son gərginlik Kəşmirin Hindistanın idarəsi altında olan hissəsində baş verən terror hücumu ilə başlayıb. Həmin terrorda 44 nəfər ölüb. Hücum ilə bağlı Hindistan Pakistanı ittiham edib. Pakistan isə bu ittihamları rədd edib.

Bundan sonra iki dövlətin aviasiyasının da iştirak etdiyi döyüş olub. İnsident nəticəsində hər iki tərəfin təyyarəsi vurulub, ölən və yaralananlar var.