HADİSƏ

İran böyük faciə ilə sarsıldı

Hadisə İranın cənub-qərbindəki Çaharmahal-Bahtiyari əyalətində baş verib
Sputnik

BAKI, 4 mart — Sputnik. İranda təcili tibbi yardım helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, hadisə İranın cənub-qərbindəki Çaharmahal-Bahtiyari əyalətində baş verib.

İranın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Müctəba Xalidi deyib ki, tibbi helikopter həmin əyalətdə hamilə bir qadını aparmaq üçün oraya gedib və bu zaman qəzaya uğrayıb.

Nazirliyin sözçüsü helikopterdə olan 5 nəfərin həlak olduğunu açıqlayıb.