HADİSƏ

Paytaxtda çürümüş kişi meyiti tapılıb

Araşdırma zamanı meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Cabir Həmidov olduğu müəyyən edilib
Sputnik

BAKI, 4 mart – Sputnik. Səbail rayonunda mənzildə çürümüş meyit tapılıb.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, meyit 20-ci sahə adlanan ərazidə mənzillərdən birində aşkarlanıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Cabir Həmidov olduğu müəyyən edilib.

Ölümün dəqiq səbəbləri araşdırılır.