BAKI, 3 mart – Sputnik. Ucarda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 17.00 radələrində Bakı-Qazax magistral yolunun 228-ci kilometrində, yolun Ucar rayonun Küçəkənd kəndində keçən hissəsində qeydə alınıb.
“Hundai” markalı “99 LR 711” dövlət nömrə nişanlı minik maşını yolu keçən ana və qızını – Küçəkənd kənd sakinləri 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və 2014-cü il təvəllüdlü İsgəndərova Ayşən Xəyal qızını vurub. Hər iki şəxs aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.