Trampdan son dəqiqə 2020-ci il açıqlaması

Tramp 2020-ci il seçkilərinə qatılacağını və bu seçkidə böyük qələbə qazanacağını bildirib
Sputnik

BAKI, 3 mart – Sputnik. ABŞ prezidenti Donald Tramp Merilend ştatında Mühafizəkar Siyasi Hərəkat Konfransında çıxışı zamanı vacib bəyanat verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp 2020-ci il seçkilərinə qatılacağını və bu seçkidə böyük qələbə qazanacağını bildirib.

2016-cı il seçkilərində böyük qələbə qazandığını iddia edən Tramp növbəti seçkilərdə daha böyük qələbə qazanaraq, ölkəyə daha 4 il rəhbərlik edəcəyini söyləyib. Mühafizəkar kütləyə xitab edən ABŞ prezidenti özünü bir respublikaçıdan daha mühafizəkar şəxs kimi dəyərləndirib.

Qeyd edək ki, ABŞ prezidentinin hazırda 72 yaşı var. 70 yaşında ölkə rəhbəri seçilən Trampın 2020-ci il seçkilərində 74 yaşı olacaq. O, mümkün qələbəsi təqdirdə 78 yaşına qədər prezident postunu tutmalıdır.