HADİSƏ

Tərtərdə erməni üçün çəkiliş aparan rusiyalı saxlanılıb

Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A.Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb
Sputnik

BAKI, 3 mart – Sputnik. Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı saxlanılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Bəyimsarov kəndində baş verib.

Tərtər istiqamətində gərginlik

Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sanatoriyada olan İ.A.Alamaxmadoviç video və foto çəkilişlərini erməni dostu üçün edib. İ.A. Alamaxmadoviç polisə ifadəsində bildirib ki, onunla eyni şəhərdə yaşayan erməni dostu anasının Qarabağ müharibəsindən əvvəl orda yaşadığını, indi kəndi və evini görmək istədiyini deyib. O, telefonundakı xüsusi proqram vasitəsilə Tərtərə gələrək kəndi və həmin evi tapib.

Polis araşdırmadan sonra videoçəkilişləri silib, İ.A.Alamaxmadoviç bundan sonra sərbəst buraxılıb.