BAKI, 3 mart — Sputnik. Yeni Qvineyanın dani xalqı özünün qeyri-adi adət-ənənələri ilə diqqət çəkir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ailəsindən bir nəfər dünyasını dəyişdikdə qadınların, yaxud da uşaqların barmaqları kəsilir.
Zorakılıq hesab edilsə də, dani xalqı bu ayini icra etməklə belə fərz edir ki, bununla onlar ətraflarında ruhların olmasından xəbər tutaraq onları uzaqlaşdıra bilərlər. Daha sonra isə onlar kəsilən barmağın qalan hissəsini yandırır, yaxud da haradasa qoruyaraq saxlayırlar.
Qeyd edək ki, bu ayin bəzi yerlərdə qadağan edilsə də, hələ də buna əməl edənlər var.