CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maaş artımı dövlət qulluqçusu olmayan işçilərə də çatdı

Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. aylıq vəzifə maaşları artırılıb
Sputnik

BAKI, 3 mart – Sputnik. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara dəyişiklik edilib.

Yüksək maaş arzusunda olanların üz tutmalı olduqları şəhərlər

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, 2019-cu il martın 1-dən sözügedən şəxslərin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilib:
1. Ali kateqoriya dövlət orqanlarında – 220 manat
2. 1-ci kateqoriya dövlət orqanlarında – 210 manat
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında –200 manat
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 180 manat.