İstanbulda dəhşətli yanğında 4 nəfər öldü

Xilasetmə əməliyyatı nəticəsində 3 nəfər binadan çıxarılıb və onlar xəstəxanaya aparılıblar. Daha 2 nəfər yanğın nəticəsində ölüb. Xəstəxanaya aparılan şəxslərdən də 2-si vəfat edib.
Sputnik

BAKI, 3 mart – Sputnik. İstanbulun Bəyoğlu səmtində yaşayış binasında güclü yanğın olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, səbəbi bilinməyən yanğın nəticəsində 4 nəfər ölüb.

Yanğın səhər saatlarında beşmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Dərhal olay yerinə çoxlu sayda xilasedicilər və yanğınsöndürənlər cəlb edilib, binada qalan 5 nəfərin xilası üçün əməliyyat başlayıb.

Xilasetmə əməliyyatı nəticəsində 3 nəfər binadan çıxarılıb və onlar xəstəxanaya aparılıblar. Daha 2 nəfər yanğın nəticəsində ölüb. Xəstəxanaya aparılan şəxslərdən də 2-si vəfat edib.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.