İçində 47 uşaq olan avtobus yol kənarına yuvarlandı

Qarlı və sürüşkən yolda hərəkət edən avtobusun xəndəyə aşması nəticəsində zərərçəkən olmayıb.
Sputnik

BAKI, 3 mart – Sputnik. Rusiyanın Çelyabinsk vilayətində uşaqları daşıyan avtobus xəndəyə aşıb.

Sputnik AzərbaycanRİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı avtobusda 47 uşaq olub.

 Qarlı və sürüşkən yolda hərəkət edən avtobusun xəndəyə aşması nəticəsində zərərçəkən olmayıb.

 Çelyabinsk vilayət qubernatorunun mətbuat katibi Dmitri Fedeçkin hadisənin təfərrüatlarının araşdırıldığını bildirib.

Olaydan sonra yüngül zədələnən avtobus yoluna davam edib.