HADİSƏ

Ucarda kütləvi intiharın qarşısı alındı

Rayon sakinləri özlərini çoxmərtəbəli binadan atmağa cəhd ediblər
Sputnik

BAKI, 2 mart — Sputnik. Ucarda intihara cəhd edilib. 

Astarada 5 uşaq atası intihar edib

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Martın 2-də günorta saatlarında rayon sakinləri Saqi və Elşən Həsənov qardaşları və daha bir nəfər Ucarın mərkəzindəki çoxmərtəbəli binalardan birinin üzərinə çıxaraq oradan özlərini atmağa cəhd göstəriblər.

Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri, FHN-in xilasediciləri, təcili yardım briqadası və polis əməkdaşları gəliblər. İntihara cəhd etmək istəyən şəxslərlə söhbətdən sonra onları fikrindən daşındırmaq mümkün olub və binanın üzərindən aşağı eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.