Türkiyədə böyük hazırlıq: 103 döyüş gəmisi hərəkətə keçdi

Gəmilər Qara dəniz istiqamətində hərəkət edir.
Sputnik

BAKI, 2 mart — Sputnik. Türkiyə döyüş gəmilərini dənizə çıxarıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyəni əhatə edən 3 dənizdə eyni vaxtda həyata keçiriləcək "Mavi Vətən -2019" təlimi çərçivəsində 103 döyüş gəmisi İstanbul boğazından keçib.

Məlumata görə, Ağ dəniz, Egey dənizi və Qara dənizdə keçirilən təlimdə işini bitirən türk döyüş gəmiləri müəyyən zaman fasiləsi ilə boğazdan keçib. Gəmilər Qara dəniz istiqamətində hərəkət edir.