Azərbaycan EA-nın dünya şöhrətli üzvü dünyasını dəyişib

Alimin kəskin ürək-ağciyər çatışmazlığından öldüyü müəyyən edilib
Sputnik

BAKI, 2 mart — Sputnik. Nobel mükafatı laureatı akademik Jores Alfyorov 89 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alimin kəskin ürək-ağciyər çatışmazlığından öldüyü müəyyən edilib.

Milli Elmlər Akademiyası barədə qərar verildi

Bu barədə Rusiya Elmlər Akademiyası xəstəxanasının baş həkimi Oleq Çuqunov məlumat verib. Onun sözlərinə görə, akademik Moskva vaxtı ilə martın 1-də 23.40-da dünyasını dəyişib.

Qeyd edək ki, alim ötən ilin noyabr ayında insult diaqnozu şübhəsi ilə xəstəxanaya düşmüşdü.

Xatırladaq ki, Alfyorov sovet və rus fiziki, Nobel mükafatı laureatıdır. O 2000-ci ildə yarımkeçirici texnologiya sahəsində inkişafı üçün Fizika üzrə Nobel mükafatı alıb.

Qeyd edək ki, Jores Alfyorov 2004-cü ildən Azərbaycan Elmlər Akademiyasının üzvüdür.