BAKI, 2 mart - Sputnik. Rusiyanın Tula vilayətində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla məlumatına görə, xəsarət alanlardan səkkizi uşaq, ikisi isə böyükdür. Avtobus yolsuzluq avtomobili ilə toqquşduqdan sonra dərəyə aşıb.
Yaralananlar yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Uşaqların 13-15 yaşları olduğu bildirilir. Bütün uşaqlar təhlükəsizlik kəməri taxdıqlarından, ağır zədə alan olmayıb.
İlkin məlumata görə, məktəblilər xizəksürmə yarışından qayıdırlarmış.