BAKI, 2 mart — Sputnik. Nigeriyanın cənubunda yanacaq borusu partlayıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, partlamaya sızıntı səbəb olub. Hadisə zamanı 50-dən çox insan itkin düşüb. Nigeriya rəhbərliyinin məlumatına görə, partlayış ərazisində izdiham var.
Yerli KİV-in məlumatına görə, partlayış yerli saatla 04.00-da Nembe bölgəsində meydana gəlib.
"Nembe Creek Trunk" xəttində yanacaq sızıntısından sonra təmir işləri aparılan zaman partlayış baş verib. Partlayış zamanı 6 yaşayış sahəsinə zərər dəyib.
Ölkə rəhbərliyi ərazidə olan təmiz su qaynaqlarına sızıntı ola biləcəyi barədə xəbərdarlıq edib. Yerli əhalinin diqqətli olması məsləhət görülüb.