CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda futbol məktəbi yanıb - VİDEO

İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır
Sputnik

BAKI, 2 mart — Sputnik. Bakıda "Vətən" futbol məktəbində yanğın başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Son məlumata görə, məktəbdə baş verən yanğın söndürülüb.