İQTİSADİYYAT

Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var

"İndiyədək 10 000 dollar və (və ya) 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir"
Sputnik

BAKI, 1 mart — Sputnik. "21.02.2015-ci il tarixinədək, yəni 1-ci devalvasiyaya qədər 10 000 dollara qədər kredit borcu olan vətəndaşlar həmin tarixə xarici valyutada borcu olan vətəndaşların ümumi sayının 92%-ni təşkil edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili öz "Facebook" səhifəsində yazıb. 

Kredit güzəşti kimlərə və hansı məbləğdə şamil olunacaq - ŞƏRH

Onun sözlərinə görə, bu günə qədər 17 000 manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99%-ni təşkil edir: "Bu günə qədər 10 000 dollara qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar dollarda vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 95%-ni təşkil edir".

Millət vəkili bildirib ki, indiyədək 10 000 dollar və (və ya) 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir. Bu cür kreditlər 830 min fiziki şəxsi əhatə edir.

"Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 000 iddia var və bu iddiaların həcmi 616 milyon manat məbləğindədir" - deyə deputat qeyd edib.