Pakistan Moskvanın vasitəçiliyi ilə Hindistanla danışıqlara razılıq verib

Fevralın 26-sı Pakistan ordusu bəyan edib ki, Hindistana məxsus iki hərbi təyyarə vurulub
Sputnik

BAKI, 1 mart — Sputnik. Rəsmi İslamabad Moskva ilə yanaşı Nyu-Deli ilə danışıqlara hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Şah Mehmud Kureşi bildirib. 

Hindistan və Pakistan arasında hava döyüşü olub

"Sergey Lavrov vasitəçilik təklif edib. Hindistan barədə deyə bilmərəm, ancaq Rusiyaya demək istəyirəm ki, Pakistan gərginliyi azaltmaq üçün danışıqlar masasına əyləşməyə hazırdır", - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, ötən gün Rusiya XİN rəhbəri bəyan edib ki, rəsmi Moskva hər iki tərəf istəyəcəyi təqdirdə Hindistan və Pakistana danışıqlar meydançası təqdim etməyə hazırdır.

Xatırladaq ki, fevralın 26-sı Pakistan ordusu bəyan edib ki, Hindistana məxsus iki hərbi təyyarə vurulub. Nyu-Deli isə "MiQ-21" qırıcısının vurulduğunu, eyni zamanda Pakistan qırıcısını da məhv edildiyini bildirib.

Pakistan müvəqqəti olaraq öz hava məkanını bağlayıb, bu da bir çox beynəlxalq relslərin ləğv olunmasına və gecikməsinə səbəb olub.