HADİSƏ

Cəlilabadda obyektlərdən oğurluq edənlər saxlanılıb

Faktla bağlı araşdırma aparılır
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində 5 obyektdən oğurluq edən şəxləri saxlayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ən bölgə müxbirinə verilən məlumata görə Cəlilabad rayon sakini A.Abışov RPŞ-nin Göytəpə Polis Bölməsinə müraciət edərək ona məxsus hamamın binasının anbarından 500 manat dəyərində dəmir boruların oğurlandığını bildirib. Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göytəpə şəhər sakinləri E.Eynullayev, Z. Şükürov və M. Nurullayev saxlanılıblar.Araşdırmalardan sonra saxlanılan şəxslərin digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, rayon ərazisində mağaza, çayxana, təmir sexi, məscid olmaqla ümumilikdə 4 obyektdən 300 manat dəyərində su nasosu, 250 manat dəyərində elektrik nizamlayıcısı, 105 manat dəyərində avtomobil təmiri alətləri, həmçinin kabel və digər məişət əşyalarını oğurladıqları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.