Sputnik Azərbaycan, Eldar Tanrıverdiyev
BAKI, 1 mart — Sputnik. İsveçrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder bu gün keçirilən mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında üç mühüm görüş məhz İsverçərə baş tutub. O, qeyd edib k, əgər tərəflərin istəyi olarsa, İsveçrə bu cür dəstək göstərməyə hazırdır.