Türkiyə XİN: "Rusiya ilə vizaların tamamilə aradan qaldırılması üçün səy göstəririk"

Çavuşoğlu: "Rusiya ilə vizaların aradan qaldırılması üçün addımlar atdıq, bir yerdən başladıq"
Sputnik

BAKI, 1 mart — Sputnik. "Rusiya ilə vizaların aradan qaldırılması üçün addımlar atdıq, bir yerdən başladıq. Yaxın zaman içərisində vizaların tamamilə aradan qaldırılması üçün böyük səy göstəririk".

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyəli nazir onu da əlavə edib ki, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişinin modernizasiyası ilə bağlı danışıqları bərpa etmək üçün müzakirələri gücləndiriblər: "Bu gün bizim ən böyük hədəfimiz və işimiz dünyanın bütün bölgələri ilə ticarətimizi artırmaqdır. Türkiyə məhsullarının olmadığı ölkə qalmadı. Bu çox vacibdir. Bu təşəbbüskar iş adamlarımızın uğurudur".