MƏDƏNİYYƏT

Azərbaycanlı model Hollivud ulduzunun hərəkətini təkrarladı

Azərbaycanlı model, Ruslana Gee adı ilə daha çox tanınan Ruslana Cavadova tanınmış ispan aktrisa Penelopa Kruzun "Manolete" filmindəki məşhur kadrını təkrarlayıb
Sputnik

BAKI, 1 mart — Sputnik. Azərbaycanlı model, Ruslana Gee adı ilə daha çox tanınan Ruslana Cavadova tanınmış ispan aktrisa Penelopa Kruzun "Manolete" filmindəki məşhur kadrını təkrarlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, model sözügedən filmin qəhrəmanının obrazını yaratdığı çarxı öz Instagram səhifəsində paylaşıb.

Cavadova etiraf edib ki, aktrisanın pərəstişkarıdır, "Manolete" isə onun ən çox sevdiyi filmlərdən biridir. Hətta filmin qəhrəmanının obrazını dəqiq yaratmaq üçün aktrisa siqaret çəkməyi də öyrənib.

"Manolete" filmi məşhur ispan toreadoru Manuel Rodriges Sançesin həyatından bəhs edir. O, öz şöhrətinin zirvəsində məşhur kino aktrisası Lupe Sino ilə münasibətlərə başlayır. Lupeyə olan sevgisi korrida peşəsinə olan sevgisi kimi o qədər güclü olur ki, Manoleteyə heç bir söz kar eləmir.

Ruslana Cavadova Bakıda anadan olub. Uşaq yaşlarından, hələ məktəbdə oxuyarkən moda və gözəllik sahəsinə böyük marağı olub. O, 2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda eyni adlı moda jurnalları ilə tanınan L'Officiel Awards-ın illik mükafatları çərçivəsində iki nominasiya üzrə - "Ən yaxşı model" və "Ən yaxşı fashion-блогер" - mükafatlara layiq görülüb.

Cavadova həmçinin zərgərlik məmulatları dizayneridir. Əvvəlcə İstanbulda təhsil alıb, sonra təhsilini Los Ancelesdə davam etdirmək qərarına gəlib. Hazırda Amerikada LACC kollecində təhsil alır və həmçinin bloggerlik fəaliyyətini davam etdirir.