Azərbaycanlı qadınlar Türkiyədən deportasiya edildi

Qrup üzvləri qadınlar haqqında danışdıqlaır zaman onlara "vasitə" və ya "mal" deyirmiş
Sputnik

BAKI, 1 mart — Sputnik. Türkiyənin İzmit şəhərində aralarında ünsiyyət qurmaq üçün xüsusi proqramdan istifadə edən fahişəliklə məşğul olan qrup üzvləri polis tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycan və Özbəkistanlı 10 qadın qrupdan qurtarılaraq, deportasiya edilib. Saxlanılan 9 nəfər isə həbs edilib.

Məlumata görə, əməliyyat ünvanları nəzarətə götürülərək 3 evdə aparılıb. Saxlanılan 48 yaşlı N. T., 45 yaşlı S. A., 40 yaşlı F.D.S., 52 yaşlı M.A.E., 48 yaşlı Y.K., 41 yaşlı R.E, 40 yaşlı M. G. və azərbaycanlı 34 yaşlı S.M., 38 yaşlı T.N. Kocaeli polisinə aparılıb.

Qrup üzvlərinin S.M adlı azərbaycanlı qadının Azərbaycanda olan əalqələrindən istifadə edərək, oradan fahişəlik etdirmək məqsədilə qadın gətirdiyi müəyyən edilib. Qrup üzvləri bir-birilərinə "dayı", "bacı", "bacım" və s. xitab edərək öz aralarında xüsusi proqramdan istifadə ediblər. Qrup üzvləri qadınlar haqqında danışdıqlaır zaman onlara "vasitə" və ya "mal" deyirmiş.

Əməliyyat zamanı Azərbaycan, Özbəkistan və Qırğızıstan əsilli 10 qadın qrupdan qurtarılıb.