İran əsgərləriin cəsədi tapıldı, DNT testi tələb olunub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yazılı açıqlama verilib
Sputnik

BAKI, 28 fevral — Sputnik. Suriyada vətəndaş müharibəsində ölən 5 İran əsgərinin cəsədi tapılıb.

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, məsələ ilə bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada deyilib ki, Suriyadakı toqquşmalarda həyatını itirən 5 İran əsgərinin cəsədi, aparılan DNT testi ilə müəyyən edilib. Açıqlamada dəfn mərasimlərinin keçiriləcəyi qeyd edilib.

Qeyd edək ki, rəsmi olmayan rəqəmlərə görə, Suriyadakı toqquşmalarda öldürülən İrana bağlı qüvvələrin sayının 2 min 400 ətrafında olduğu deyilir.