RUSİYA

Rusiya Dövlət Dumasının sədri erməni spikerlə görüşdən imtina edib

Bu dəfə Volodinin onunla görüşü protokolda nəzərdə tutulmayıb
Sputnik

BAKI, 28 fevral — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyanla görüşməkdən imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Tert.am" "Qraparak" nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, ənənəvi olaraq Ermənistan parlamentinin spikeri Moskvaya rəsmi səfərə gedir. Eyni şey Ermənistan parlamentinin yeni spikeri Ararat Mirzoyan da davam etdirib. Lakin öz sələflərindən fərqli olaraq Ararat Mirzoyan Rusiya Dövlət dumasının sədri Vyaçeslav Volodinlə görüşə bilməyib.

Məlumata görə, bu dəfə Volodinin onunla görüşü protokolda nəzərdə tutulmayıb.

Nəşr bunun təsadüf olmadığını bildirib.