QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nikol Paşinyan İlham Əliyevlə görüşəcəklərini açıqlayıb

"Hələlik biz danışıqlar formatı haqqında razılığa gəlməmişik"
Sputnik

BAKI, 28 fevral — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan Tehranda erməni icması ilə görüş zamanı deyib.

Onun sözlərinə görə, görüş gündəliksiz olacaq və önəmli hissələrindən biri danışıqlar formatı olacaq: "Hələlik biz danışıqlar formatı haqqında razılığa gəlməmişik".

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri İrana rəsmi səfərə gedib.